Tarix : 12-01-2019, 17:22 | Bölmə: bolge, idman

Azərbaycan klubları Antalyada yoxlama oyunlarına start verirBakı. 12 yanvar. Serqtv.info/ Bu gün Azərbaycan Premyer Liqasının klubları Türkiyənin Antalya şəhərində yoxlama oyunlarına start verir.

"Şərqtv" xəbər verir ki, ilk olaraq "Qarabağ" və "Sabah" komandaları yoxlama oyunları keçirəcəklər. Ağdam təmsilçisi bu gün Rumıniyanın "Botoşani", Premyer Liqanın debütantı isə Türkiyənin "Eskişehirspor" kollektivi ilə üz-üzə gələcək.

Komandaların rəqiblərinin əksəriyyəti bəllidir. Yalnız "Sabah", "Səbail", "Keşlə" və "Zirə"nin bir rəqibi müəyyənləşməyib.

"Neftçi"

18 yanvar - "Qaz Metan” (Rumıniya)

23 yanvar - "Slovan” (Çexiya)

26 yanvar - "Beroe" (Bolqarıstan)

"Qarabağ"

12 yanvar - “Botoşani” (Rumıniya)

16 yanvar - “Uypeşt" (Macarıstan)

19 yanvar - “Bohemians” (Çexiya)

23 yanvar - “Pyast” (Polşa)

26 yanvar - "Şaxtyor" (Donetsk, Ukrayna)

"Səbail"

15 yanvar - “Aqvital” (Macarıstan)

21 yanvar - “Desna” (Ukrayna)

24 yanvar - “Kaysar” (Qazaxıstan)

"Sabah"

12 yanvar - "Eskişehirspor"

16 yanvar - "Tobol" (Qazaxıstan)

19 yanvar - "MTK Budapeşt" (Macarıstan)

"Sumqayıt"

15 yanvar - "Jetisu" (Qazaxıstan)

19 yanvar - "Çelik" (Bosniya və Herseqovina)

22 yanvar - "Vardar" (Makedoniya)

26 yanvar - "Zemun" (Serbiya)

"Keşlə"

17 yanvar - Özbəkistan U-23

23 yanvar - “Konkordiya” (Rumıniya)

25 yanvar - “Çertanovo” (Rusiya)

"Zirə"

15 yanvar - "Taraz" (Qazaxıstan)

18 yanvar - "Konkordiya" (Rumıniya)

26 yanvar - "Septemvi" (Bolqarıstan)
Oxşar xəbərlər