Tarix : 27-01-2019, 16:39 | Bölmə: bolge, idman, Şərqin xəbəri

“Sumqayıt” Türkiyədə iki yoxlama oyunu keçirib...Bakı. 26 yanvar. Serqtv.info/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” komandası bu gün iki yoxlama oyunu keçirib.

"Şərqtv"nin məlumatına görə, "gənclik şəhəri" təmsilçisi əvvəlcə Almaniya Regional Liqası təmsilçisi “Optik Rathenow”la qarşılaşıb.

İlk yarını rəqib öndə başa vurub - 1:0. İkinci hissə isə əlverişsiz hava şəraiti ilə əlaqədar keçirilməyib.

Günün ikinci yarısında "Sumqayıt" Serbiya "Zemun"unu sınağa çəkib. Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Ayxan Abbasovun baş məşqçi olduğu kollektivdən qolları Yusif Nəbiyevlə Ülvü İsgəndərov vurub.

Bununla da "Sumqayıt" Antalya toplanışını qələbə ilə başa vurub.

Yoxlama oyunları

12:00. "Sumqayıt" - “Optik Rathenow” (Almaniya) - 0:1 (ilk yarıdan sonra oyun dayandırılıb)

16:30. "Sumqayıt" - "Zemun" (Serbiya) - 2:1

Qollar: Yusif Nəbiyev, 24. Ülvü İsgəndərov, 63

Dəqiq yerinə yetirilməyən penalti: Əfran İsmayılov, 45 ("Sumqayıt").
Oxşar xəbərlər