Tarix : 26-05-2018, 11:37 | Bölmə: gundem, hadise, bolge

Mingəçevirdə iki aydır itkin düşmüş şəxsin meyiti tapılıbŞərqTV xəbər mverir ki ,Mingəçevir şəhərində kişi meyiti tapılıb. Meyit keçmiş Ağac Emalı Zavodunun həyətində aşkarlanıb.
Onun 1967-ci il təvəllüdlü, Yevlax rayon sakini Ərəstun Bəxtiyar oğlu Məmmədov olduğu müəyyən olunub.
Qeyd edək ki, mərhum iki aydır itkin düşmüş kimi axtarışda olub.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər