Tarix : 24-01-2019, 14:11 | Bölmə: gundem, sosial, musahibe, Şərqin xəbəri

Sentyabrdan məktəblərdə yenilik olacaq - RƏSMİBakı.24.01.2019.Serqtv.info/"Heç bir valideyn istəməz ki onun övladına savadsız müəllim dərs desin"

"Müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı məlum oldu ki, bu gün məktəblərimizdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var. Bu müəllimlər zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub və indi də çalışırlar". İstiPress-in məlumatına görə, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər üçün nazirlik əlavə olaraq ixtisasartırma təlimləri təşkil edilib və onlardan bəziləri öz nəticəsini həqiqətən, yaxşılaşdırıb. "Elə müəllimlərimiz də var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. Aralarında da elələri var ki, bu yaşdan sonra onları yenidən hazırlamaq mümkün deyil. Bundan sonraki dövr sertifikatlaşdırma mərhələsidir ki, bu da həmin müəllimlərin öz üzərində ciddi çalışmasını tələb edir.
Sentyabrdan məktəblərdə yenilik olacaq - RƏSMİ
Bundan bir ajiotaj, narahatçılıq da yaratmaq lazım deyil. Əlbəttə ki, heç bir valideyn istəməz ki onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda da, o müəllim harasa şikayət edəndə də, hamı bunu anlayışla qəbul etməlidir”.Nazir müavini bildirib ki, məlumat bolluğu olan dövrdə, heç bir İKT avadanlığı istifadə etmədən, quru dərs keçməklə şagirddə maraq yaratmaq mümkün deyil: "Bugünkü gənclər texnologiyanın ən geniş istifadəçisidir və buna maraq göstərirlər. Bunlar şagird üçün bir öyrənmə vasitəsi olmalıdır. Müəllim məzmunu düşünüb, İKT tətbiq etməklə şagirdlərə ötürməlidir".

M.Vəliyeva bu ilin sentyabr ayından etibarən məktəblər yeni innovativ yanaşmaların tətbiqinə başlayacağını deyib. Bunun üçün pilot məktəblər müəyyənləşdiriləcək. Oradakı təcrübə sınaqdan keçdikdən sonra paralel olaraq ölkənin başqa məktəblərinə də ötürüləcək.

Nazirlik rəsmisi uşaqların məktəbdənkənar vxtı haqqında da danışıb. Onun sözlərinə görə, beynəlxalq təcrübədə şagirdlər məktəbdənkənar vaxtda tamamilə müasir və gələcəkdə onlara lazım olacaq bacarıqlara yiyələnirlər. Azərbaycanda da qabaqcıl məktəblərdə təhsil alan şagirdlər dərslərlə yanaşı, beynəlxalq olimpiadalara, idman, yaradıcılıq müsabiqələrinə hazırlaşırlar. Və bilirlər ki, bu bacarıqlara yiyələnmək onların gələcəkdə mütəxəssis kimi formalaşmasında, həyatda öz yerlərini tapmalarında böyük rol oynayır: "Təəssüf ki, fərqli düşünən valideyn və şagirdlər də var ki, onların əsas məqsədi yalnız ali məktəbə hazırlıqdır. Təhsil Nazirliyi olaraq hazırda məktəbin imkanlarından və resurslarından düzgün istifadə etməyin yollarını düşünürük. 11-ci sinfi bitirib həyata atılan gənc, nəzəri biliklərə malik olmasa belə, həyatda ona lazım olan bacarıqlara yiyələnməlidir. Amma bu bacarıqlar yalnız 45 dəqiqə dərs müddətində şagirddə formalaşdırıla bilməz. Bunun üçün dərsdən sonra müxtəlif fəaliyyətlərin mövcud olması lazımdır.

Elə bu məqsədlə də nazir Ceyhun Bayramovun əmri ilə bu il məktəblərin reytinq göstəriciləri yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən deyil, o cümlədən də şagirdlərin olimpiadalarda, bilik yarışlarında, müsabiqələrdə iştirakı əsasında gətirilən uğurların ölçülməsi nəticəsində müəyyənləşəcək. Bu il ölkə üzrə müxtəlif yaş qruplarında olan şagirdlər idmanın 4 növü üzrə müsabiqələrdə iştirak edəcəklər. Həmçinin yaradıcılıq müsabiqələrinin, sərgilər, bədii qiraət, teatr tamaşalarının göstərilməsi nəzərdə tutulur. Bunlar şagirdlərin başqa imkanlarının da üzə çıxarılmasına kömək edəcək”.
Oxşar xəbərlər