Tarix : 24-01-2019, 14:18 | Bölmə: gundem, sosial, musahibe, Şərqin xəbəri

Mehriban Əliyeva 3 illik həsrətdən sonra doğulan üçəmlərlə bağlı tapşırıq verdi Bakı.24.01.2019.Serqtv.info/Vəliyevlər ailəsinə maddi yardım göstəriləcək

Bakıda yeni doğulan üçəmlərin ailəsinə yardım veriləcək. Üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fonduna göstəriş verib.

Xatırladaq ki, Vəliyevlər ailəsində 3 illik övlad həsrətindən sonra üçəmlərə sahib olublar. Onlar körpələri Mehriban, Leyla və Arzu adlandırıblar.

Artıq fond tərəfindən ailəyə beşiklər, geyimlər, uşaq qidaları və başqa zəruri yardım edilib.

3 illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər