Tarix : 28-01-2019, 13:18 | Bölmə: gundem, iqtisadiyyat

Neft yenidən ucuzlaşdı ....."Brent" və "Qərbi Texas" markalı neftin qiymətində enmə müşahidə edilir

BAKI, 28 yanvar — Serqtv.info. Dünya bazarında neftin qiyməti aşağı düşüb. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, ABŞ-da neft təchizatının artması ilə əlaqədar olaraq dünya bazarında "Brent" və "Qərbi Texas" markalı neftin qiymətində 1 faizədək enmə müşahidə edilib.

Hazırda bir barel ABŞ neftinin qiyməti 53.13 dollar,"Brent" markalı neftin bir barelinin qiyməti isə 61.03 dollar təşkil edir.

Bu il üçün gözlənilən proqnozlara görə ABŞ-da neftin istehsalında yenidən artım olacaq. Dünyanın ikinci ən böyük neft istehsalçısı olan Çində isə iqtisadi enişin müşahidə olunacağı proqnozlaşdırılıb.
Oxşar xəbərlər