Tarix : 31-01-2019, 14:50 | Bölmə: gundem, sosial

Azərbaycanda gediş haqqı ucuzlaşdı - Yeni qiymətBakı.Serqtv.info/Şərqtv xəbər verir ki Səhər yemək və sərinləşdirici içkilərin pulsuz verilməsi dayandırılacaq

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişir. Dəyişiklik fevralın 4-dən qüvvəyə minəcək.


Bakıdan Gəncəyə 4,5 saata çatmaq olacaq QİYMƏTLƏR
Gələn həftədən qatar hər gün saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə əvvəlki kimi 4 saat 26 dəqiqə deyil, 4 saat 15 dəqiqə təşkil edəcək.

Bundan başqa, standart vaqonlarda gediş haqqı qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif və biznes vaqonlarda isə gediş haqqı dəyişməyəcək.

Standart vaqonlarda səhər yemək və sərinləşdirici içkilərin pulsuz verilməsi dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər.

Birinci sinif və biznes vaqonlarda isə yemək və sərinləşdirici içkilərin verilməsi əvvəlki qaydada davam edəcək.

Xatırladaq ki, dekabrın 30-dan etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verilib. Qiymətlər 15 -100 manat arasında idi.
Oxşar xəbərlər