Tarix : 5-02-2019, 18:08 | Bölmə: gundem, siyaset

Ermənistan ordusu azərbaycanlı hərbi əsiri azad etdiBakı.Serqtv.info/05.02.2019./Şərqtv "İstipress"- in məlumatına əsasən xəbər verir ki,O, fevralın 2-də Şuşa şəhərindən Ermənistan Respublikasına aparılıb

Ermənistan ordusu işğal etdiyi Dağlıq Qarabağda əsirlikdə saxladığı azərbaycanlı Elnur Elman oğlu Hüseynzadəni azad edib.

İstiPress-in məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumata görə, 2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistan Respublikasına aparılıb.

Məlumatda bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olduğu vurğulanıb. Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

Xatırladaq ki, o, 2017-ci ildə Tərtərin Talış kəndi istiqamətində düşmən əlinə keçmişdi. Sərhədi qanunsuz keçməkdə ittiham edilən Elnur Hüseynzadəyə işğalçı rejimin “prokurorluğ”u tərəfindən hökm oxunmuşdu.
Oxşar xəbərlər