Tarix : 9-02-2019, 17:57 | Bölmə: gundem, Şərqin xəbəri

Prezident Yaqub Mahmudovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edibBakı. 9 fevral. Serqtv.info/ Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik, deputat Yaqub Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Şərqtv" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Y.Mahmudov 1939-cu ilin fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.
Oxşar xəbərlər