Tarix : 29-05-2019, 11:31 | Bölmə: gundem, musahibe

Heydər Əliyev Fondu iftar süfrəsi açdıŞərqtv xəbər verir ki,Növbəti iftar Ağdamda verilib

Heydər Əliyev Fondu Ramazan ayı münasibətilə növbəti iftar süfrəsini Ağdam rayonunun Quzanlı qəsəbəsində açıb. İftar süfrəsində rayon sakinləri - oruc tutanlar, din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və imkansız ailədən olan insanlar, həmçinin “N” saylı hərbi hissənin əsgərləri iştirak edib.

İftar mərasimində çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, Ramazan ayının əhəmiyyətindən danışıb, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmət rəmzi olan bu ayda Allahdan xalqımıza əmin-amanlıq, işğal altında olan bütün torpaqlarımızın tezliklə azad olunmasını, o torpaqlarda da dini ayinlərin icra edilməsini və iftar süfrələrinin açılmasını diləyiblər.

İftar mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.
Oxşar xəbərlər