Tarix : 3-06-2019, 17:39 | Bölmə: gundem, hadise, bolge, musahibe

Bəzi Apteklərdə Saxta dərmanlar və narkotik tərkibli dərmanlar həkim resepti olmadan satılır...Şərqtv xəbər verir ki,saxta dərmanların və narkotik dərmanların həkim resepti olmadan satışı bəzi işbazların qazanc mənbəyi olub.Aparılan xüsusü araşdırmalar zamanı Azərbaycanda qeydiyyata alınan dərman vasitələrinin 55,53%-i Avropanın nüfuzlu dərman istehsalçıları olan şirkətlərin dərman vasitələridir. Xəstələrin müalicələrində istifadə olunan bütün dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə istehsalçıdan istifadəçiyə qədər bütün mərhələlərdə ciddi nəzarət tədbirləri həyata keçirilir. Dərman vasitəsinin keyfiyyətini və təhlükəsiz istifadəsini təmin etmək məqsədilə aparılan bütün fəaliyyətlər tərəfimizdən yoxlanılır və ona nəzarət edilir.

Dərman vasitələri hətta istifadə edildiyi zaman düzgün saxlanılmadıqda keyfiyyətini itirə bilər. Təəssüf ki, ölkədə keyfiyyətsiz dərman vasitələri var ki, bunlar da Səhiyyə Nazirliyinin icazəsi olmadan, laborator yoxlamalardan keçməmiş, dövlət qeydiyyatına alınmamış, naməlum yollarla ölkəyə gətirilmiş dərman vasitələridir. Onlara qarşı mübarizədə hər bir vətəndaşımızın köməyi vacib və əhəmiyyətlidir. Aşkarlanan faktlar tərəfimizdən araşdırılır və onların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun olaraq aydiyyəti qurumlara məlumatlar verilir.Onuda qeyd edimki belə faktlar əsasən regionlarda daha çox qeydə alınır.Bəzi rayonlarda apteklərdə narkotik vasitəçilərinə əl altdan həkim resepti olmadan satışı qadağan olunmuş dərman perepatları satılır və bu faktlarla bağlı bir çox məlumatlarımız vardır.Bizlərdə xalqımızın sağlam yaşamaları üçün həmşə Dövlətimizə dəstək olacağıq.İnanıram kı bu məsələlərlə bağlı işbazlar haqqında aydiyyəti qurumlar hüquqü tədbir görəcəklər. Bu məsələni həmşə diqqət mərkəzində saxlayacağıq.


Oxşar xəbərlər