Tarix : 5-06-2019, 11:30 | Bölmə: gundem, musahibe

Şeyx bayram namazında - Fotolar“Allahdan ən böyük arzum odur ki, şəhidlərimizin qanı yerdə qalmasın, Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə torpaqlarımız düşmən işğalından azad edilsin”.

“Şərqtv” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Təzə Pir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib. A.Paşazadə ölkədə dini sabitliyin və tolerantlığın olduğunu, bununla belə bəzi qaragüruhçuların Azərbaycandakı məsələləri dünyaya başqa şəkildə çatdırmağa çalışdıqlarını deyib:

“Azərbaycanda iftar məclislərinin təşkili, cənab Prezidentin və Birinci vitse-prezidentin, o cümlədən xarici diplomatların həmin məclislərdə iştirakı ölkədə dinə münasibətin və tolerantlığın göstəricisidir. Bu o deməkdir ki, dövlət öz mədəniyyətinə, dininə, əqidəsinə sadiqdir. Ancaq bəzi qaragüruhlar istəyir ki, Azərbaycanda baş verən bəzi məsələləri dünyaya başqa şəkildə çatdırsınlar. Əlbəttə bu, yolverilməzdir. Bu, xalqın əleyhinə davranışdır”.Şeyx bayram namazında - Fotolar
Oxşar xəbərlər