Tarix : 21-07-2019, 17:49 | Bölmə: gundem, hadise

Bərdə bazarında 12 mağaza yanıb 21.07.2019./Şərqtv xəbər verir ki,Bərdə rayonunda könə bazar adlanan ərazidə 12 mebel mağazası yanaraq tamamı ilə külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Onların müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər obyektlərə və yaxınlıqda yerləşən məktəb binasına keçməsinin qarşısı alınıb. Hadisə zamanı FHN-in bir əməkdaşını cərəyan vurub. Vəziyyəti ağır olan həmin şəxsin nitqi tutulub. Hazırda şəxsiyyəti məlum olmayan FHN əməkdaşı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***Bərdə icra hakiminin müavini: "Bazarda yanğınla bağlı yekun rəy veriləcək"***

Bərdə rayonunda "köhnə bazarda" baş verən yanğınla bağlı ekspertiza qrupu araşdırmalara başlayıb

Bunu Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon fövqəladə hallar komissiyasının sədri Vahid Qarayev bildirib.

Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır: "Bundan sonra yanğının başvermə səbəbləri məlum olacaq və yekun rəy veriləcək”.

V.Qarayev deyib ki, yanğın baş verən ticarət obyektlərinə hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə baxış keçiriblər. Yeddi sahibkara məxsus 12 mağaza yanıb. Hazırda sahibkarların sığortası olub, olmaması araşdırılır.
Oxşar xəbərlər