Tarix : 31-07-2019, 15:13 | Bölmə: gundem, musahibe

Gürcüstanın müxalif televiziyasının yayımı dayandırıla bilər....Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının milli yayımı avqustun 1-dən etibarən dayandırıla bilər.
“Şərqtv”nin Gürcüstan bürosu xəbər verir ki, buna səbəb televiziyanın “Stereo +” şirkətinə efir yayımı xidmətinə görə borcunun yaranmasıdır.
“Rustavi 2” ilə yanaşı, eyni səbəbdən “Ertsulovneba” və “Pirveli TV” kanallarının da yayımınnın dayandırlacağı gözlənilir.
“Stereo +” şirkətindən bildirilib ki, üç kanalın yayımının dayandırılması barədə qərar şirkətlərin avqustun 1-i saat 24:00-a qədər borclarını ödəməyəcəyi halda qəbul olunacaq.
“Rustavi 2” televiziyasının baş direktoru Paata Salia kanalın yayımının dayandırılmayacağını bildirib: “Bütün maliyyə borclarımızın ödənilməsi üçün əlimizdən gələni edirik. “Rustavi 2” yayımını davam etdirəcək”.
Oxşar xəbərlər