Tarix : 23-03-2018, 18:10 | Bölmə: hadise, bolge

Lənkəranda çörək bişirən zaman təndirə düşən qadın yanaraq ölübLənkəran. 23 mart. ŞərqTV/ Lənkəran rayonunda çörək bişirən zaman təndirə düşən 50 yaşlı qadın yanaraq ölüb.

"ŞərqTV"nin Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Təngivan kəndində baş verib.

Belə ki, çörək bişirmək üçün təndir qalayan kənd sakini, 1968-ci il təvəllüdlü Böyükxanım Talıb qızı Əliyevanın yanmış meyiti təndirdə aşkarlanıb.

Hazırda polis və prokurorluğun nümayəndələri hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər