Tarix : 31-01-2019, 16:15 | Bölmə: hadise, dunya

İstanbulda azərbaycanlılar arasında qan davası - 5 nəfər öldüCinayətin törədildiyi məhəllədə bir müddətdir azərbaycanlılar arasında silahlı insidentlər yaşanır

İstanbul polisi 31 yaşlı azərbaycanlı Sahib M.-i övladını xəstəxanaya apararkən saxlayıb.

Şərqtv xəbər verir ki "Haberler"ə istinadən bildirir ki, o, 2018-ci il avqustun 8-də yerli vaxtla 10:30-da Qaziosmanpaşa Hürriyyət məhəlləsində azərbaycanlı Gəncəli Əliyevi qətlə yetirməsinə görə günahlandırılır.

Polisin versiyasına görə, şübhəli həmin vaxt hadisə yerindən qaçmağa nail olub. Aparılan araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən Sahib M.-dən başqa onun yanında olan azərbaycanlılar - 39 yaşlı Turan M. və Rişal H. da yaxalanıblar.

Məlum olub ki, cinayətin törədildiyi məhəllədə bir müddətdir azərbaycanlılar arasında silahlı insidentlər yaşanır.

Belə ki, 2015-ci il dekabrın 9-u, yerli vaxtla saat 23:30-da Sultanqazi 50-ci İl məhəlləsində Sahib M.-nin böyük qardaşı Ramil M. şəxsi ədavət zəminində Natiq G. və atası Yapon G.-ni qətlə yetirib.

2015-ci il yanvarın 15-də Sahib M. iki dostu ilə birlikdə qardaşının qətlində şübhəli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada güllələyərək öldürüb.

Elə həmin il avqustun 8-də Sahib M. o məhəllədə Gəncəli Əliyevi qətlə yetirib.

Avqustun 22-də isə Sahib M.-in qohumu olduğu deyilən Ramil Məmmədov öldürülüb. Bu hadisədə təqsirli bilinən Asif A. saxlanılıb.

Oktyabrın 7-də Qaziosmanpaşada Ruhil Ağayev Sahib M.-in qohumları Qasım M. və onun qardaşı Mübariz M. tərəfindən qətlə yetirilib.

Dindirilmə zamanı Sahib M. ona qarşı irəli sürülən ittihamı qəbul etməyib. O, həbs olunub. Onunla birlikdə saxlanılan Turan M. və Rişal H. azadlığa buraxılıb.İstanbulda azərbaycanlılar arasında qan davası - 5 nəfər öldü
Oxşar xəbərlər