Tarix : 2-02-2019, 15:56 | Bölmə: hadise, maraqli, Şərqin xəbəri

Azərbaycan-Gürcüstan sərhəddində avtobus oyunuGürcüstanda köhnə avtobusla getdi, yenisi ilə qayıtdı

Gürcüstanla Azərbaycan sərhəddində daha bir film kimi hadisə baş verib. Köhnə model avtobusu yenisi ilə əvəz edib gətirən şəxsin əməlinin üstü açılıb. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan vətəndaşı Tofik İlyasovun idarə etdiyi avtobus gömrükçülər tərəfindən saxlanılıb və idarənin dayanacağına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə yaradıb.

Azərbaycan-Gürcüstan sərhəddində avtobus oyunu
Gömrükdə film kimi fırıldaq - Azərbaycandan 38 illik avtobusla çıxdı, 18 illiklə qayıtdı
İlkin araşdırma zamanı məlum olub ki, Tofik İlyasovun idarə etdiyi 2006-cı il buraxılışlı, "NEOPLAN" markalı, 806698 şassi nömrəli 99KN983 dövlət nömrə nişanlı avtobus Şəmsəddin Qasımov adlı başqa bir şəxs tərəfindən idarə edilərək Gürcüstana aparılıb. Daha sonra Ş.Qasımov idarə etdiyi həmin şərnişin avtobus ilə eynilik təşkil etməyən, ağ rəngli "NEOPLAN" markalı yeni model başqa nəqliyyat vasitəsini "Mazımçay" gömrük postundan keçirməklə Azərbaycana gətirib. O, sərnişin avtobusunu yeni modeli ilə əvəz edib gətirərkən idarə etdiyi nəqliyyat vasitəsini yenə də əvvəlki - 99KN983 dövlət nömrə nişanı altında keçirib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyyən edilib ki, "NEOPLAN" markalı avtobusun 806698 rəqəmlərdən ibarət şassi nömrəsi kustar üsulla həkk olunub.

Xatırladaq ki, bənzər hadisə bir neçə gün öncə də baş vermişdi.
Oxşar xəbərlər