Tarix : 5-02-2019, 18:11 | Bölmə: hadise, bolge, Şərqin xəbəri

DSX qanunsuz ov edənləri sərhədi pozan kimi tutduSərhədi bir neçə yerdə pozublar

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində əməliyyat-axtarış və qoşun tədbirləri uğurla davam etdirilir.

Şərqtv-yə DSX-dən verilən məlumata görə, yanvarın 21-də Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz rayonunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində qaya daşlarının altında gizlədilmiş şəkildə istifadəyə yararlı “TOZ-8-01” markalı yivli silah sahibsiz aşkar olunub.

Yanvarın 29-da, DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Qazax rayonunun Sınıqkörpü kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qırmızı körpü” tarixi abidəsinin təmir işləri ilə məşğul olan şirkətin fəhləsi Qazax rayon Hüseynbəyli kənd sakini 1994-cü il təvəllüdlü Sadiqi Adil Valeh oğlundan aksiz markası olmayan 48 blok (qutu) siqaret aşkar olunaraq götürülüb. Araşdırma zamanı qeyd olunan tütün məmulatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi məlum olub.

Yanvarın 30-da DSX-nin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Şəki rayonunun Baş Zəyzid kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində həmin kəndin sakinləri - 1971-ci il təvəllüdlü Ağaşirinov Hümmət Bəhram oğlu, 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Nadir oğlu, 1994-cü il təvəllüdlü Musayev Araz Bəylər oğlu və 1969-cu il təvəllüdlü Kərimov Ələskər Sabir oğlu qanunsuz ov etdikləri üçün sərhəd rejim pozucusu qismində saxlanılıb. Onların üzərinə baxış keçirilərkən 3 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron qabı aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər