Tarix : 20-07-2019, 17:11 | Bölmə: hadise, bolge

Cəlilabadda 3 yaşlı uşağı maşın vurubCəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir azyaşlı xəsarət alıb.
"Şərqtv"nin Muğan bürosunun məlumatına görə, rayonun Əliqasımlı kəndi ərazisində minik avtomobili 2016-ci il təvəllüdlü kənd sakini Diniyev Əli Röyal oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər