Tarix : 10-08-2019, 13:07 | Bölmə: hadise, bolge

Zaqatalada 4,9 ballıq zəlzələ olub - FOTO - Zaqatalada 4,9 ballıq zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.
Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
“Şərqtv” xəbər verir ki, bu yeraltı təkanlar Tbilisi daxil olmaqla, bütün Gürcüstan ərazisində hiss olunub. Zəlzələnin dağıntılara səbəb olması barədə hələ məlumat yoxdur.
*** 11:44
Qaxda zəlzələ olub.
"Şərqtv"nin məlumatına görə bugün səhər saat 11-35-də Qax rayonu ərazisində zəlzələ olub.
Yerli sakinlərin sözlərinə görə yeraltı təkanlar bir dəfə hiss olunub.
Zəlzələ Qax şəhərində və ətraf kəndlərdə hiss olunub.
Oxşar xəbərlər