Tarix : 13-05-2019, 12:58 | Bölmə: idman

Azərbaycan Kubokunun final matçının hakim təyinatları açıqlanıbFutbol üzrə Azərbaycan Kubokunun final matçının təyinatları açıqlanıb.
"Şərqtv"nin məlumatına görə, "Qəbələ" və "Sumqayıt" komandaları arasındakı həlledici qarşılaşma çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədova həvalə olunub. Ona yan xətt hakimləri Rahil Ramazanov və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Səbuhi Bayramov yerinə yetirəcək.
Görüşdə AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.
Qeyd edək ki, "Qəbələ" - Sumqayıt" matçı mayın 19-da Naxçıvan Muxtar Respublikasının Stadionunda olacaq.
Oxşar xəbərlər