Tarix : 21-05-2019, 11:18 | Bölmə: idman, Şərqin xəbəri

"Çelsi"nin hücumçusu: "Keçmiş komandama qarşı oynamaqdan xoşum gəlir"İngiltərənin "Çelsi" klubunun futbolçusu Olivye Jiru Avropa Liqasında sabiq komandası "Arsenal"a qarşı keçirəcəkləri final matçı barədə danışıb.
"Şərqtv"nin məlumatına görə, fransalı hücumçu Bakıda keçiriləcək qarşılaşmada hissləri kənara qoymağın gərəkliyini bildirib. Keçmiş komandalarına qarşı oynamaqdan xoşunun gəldiyini deyən 33 yaşlı forvard karyerasının böyük hissəsini "topçular"ın heyətində keçirməsindən məmnunluq ifadə edib: "İngiltərədəki ilk klubumun mənim üçün hər zaman xüsusi yeri olacaq. Amma indi bədənimdən göy qanın axdığını hiss edirəm. Bu rəng yığmada olduğu kimi, mənə uyğundur. "Çelsi"nin heyətində ikinci kubokumu əldə etmək istəyirəm".
Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq final matçının qalibi Çempionlar Liqasına vəsiqə qazanacaq və Çempionlar Liqasını qazanan komanda ilə UEFA Super Kuboku uğrunda oyunda üz-üzə gələcək.
Qeyd edək ki, Olivye Jiru "Arsenal"ın heyətində 2012 - 2018-ci illərdə forma geyinib. O, 180 oyuna 73 qol vurub. 2018-ci il yanvarın 31-də isə Jiru 16 milyon funt sterlinq qarşılığında "Çelsi"yə transfer olub. Təcrübəli forvard elə həmin mövsüm İngiltərə Kubokunu əldə edib.
Oxşar xəbərlər