Tarix : 20-07-2019, 17:16 | Bölmə: idman

"Qarabağ" yeni transferlərini Çempionlar Liqası üçün sifariş edib“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya təmsilçisi “Dandolk”la oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.
“Şərqtv”nin məlumatına görə, baş məşqçi Qurban Qurbanov ümumilikdə 25 futbolçunun - 4 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçunun xidmətində yararlana biləcək. Onların arasında yeni trandsferlər - Faysal Rerrars və Maqaye Qeye de yer alıb.
Qapıçılar: 12. Şahrudin Məhəmmədəliyev, 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 95. Məmməd Hüseynov
Müdafiəçilər: 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 14. Rəşad Sadıqov, 22. Faysal Rerrars, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov
Yarımmmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 21. Hacıağa Hacılı, 71. Tural Bayramov
Hücumçular: 11. Mahir Emreli, 99. Maqaye Qeye
Qeyd edək ki, “Qarabağ” “Dandolk”la iyulun 24-də səfərdə, 31-də isə evdə qarşılaşacaq. Ağdam təmsilçisi II təsnifat mərhələsində Albaniya çempionu “Partizani”dən güclü olub (0:0, 2:0).
Oxşar xəbərlər