Tarix : 14-08-2019, 16:28 | Bölmə: idman, dunya

Məşhur futbolçu alkaqolu tərgitmək üçün mütəxəssis tutubİngiltərənin “Derbi” klubu ilə müqavilə imzalayan Ueyn Runi spirtli içkidən imtina etmək və ailə münasibətlərini qorumaq üçün mütəxəssis tutub.
"Şərqtv" "The Sun"a istinadən xəbər ki, 34 yaşlı hücumçu alkaqolu birdəfəlik tərgitmək niyyətindədir:
"Runi ABŞ-da çox içdi və bu, həyat yoldaşı ilə problemlərə səbəb oldu. Axşamlar evdə içərək özünü məhv etdi. Ancaq özünü düzəltmək və sıfırdan başlamaq istəyir. Alkaqoldan imtina etməyin hər kəsə xeyir verəcəyini bilir". - mənbə bildirib.
Qeyd edək ki, Ueyn Runi bunda öncə ABŞ-ın "DC Yunayted” klubunun formasını geyinib. İngiltərə millisinin sabiq üzvü karyerası ərzində vətənində “Mançester Yunayted” və “Everton”da da çıxış edib.
Oxşar xəbərlər