Tarix : 11-08-2018, 12:21 | Bölmə: medeniyyet

Xalq rəssamı Natiq Əliyev “Şöhrət” ordeni ilə təltif edilibPrezident İlham Əliyev avqustun 9-da xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"ŞərqTV" xəbər verir ki, sərəncama əsasən, sənətkar bu yüksək dövlət mükafatına heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, avqustun 10-da xalq rəssamı Natiq Əliyevin 60 yaşı tamam olur.
Oxşar xəbərlər