Tarix : 31-01-2019, 15:44 | Bölmə: siyaset, dunya

Rusiyadan Bakı - İrəvan görüşlərinə münasibət...Bakı Serqtv .info/Şərqtv xəbər verir ki Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlaması

"Rusiya rəsmi Bakı və İrəvan arasında son vaxtlar müxtəlif səviyyələrdə baş tutan əlaqələri alqışlayır".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının Parisdə baş tutmuş görüşünü şərh edərkən bildirib.

"Son vaxtlar rəsmi Bakı və İrəvan arasında müxtəlif səviyyələrdə baş tutan siyasi əlaqələri alqışlayırıq. Tərəflərin özlərinin verdiyi konstruktiv qiymətləndirmələri eşitmişik. Hesab edirik ki, bu, irəliyə doğru atılmış düzgün addımdır", - Rusiya XİN nümayəndəsi söyləyib.
Oxşar xəbərlər