Tarix : 6-10-2018, 12:00 | Bölmə: sou, musahibe

Məşhur model Emili Ratakovski həbs edildiBakı.06.10.2018."Serqtv".info/ Amerikalı top-model Emili Ratakovski həbs edilib.
"Serqtv" “Ölkə.Az”a istinadən xəbər verir ki, Emili ABŞ Ali Məhkəməsinə Brett Kavanonun sədr təyin edilməsinə etiraz edən aksiyada iştirak etdiyi üçün həbs edilib. Məlum olub ki, ümumilikdə 302 nəfər həbs edilib və onların hamısı qadındır.

Ratakovski Tvitter səhifəsində yazıb:

“Bu gün məni Brett Kavano əleyhinə keçirilən etiraz aksiyasında həbs etdilər. Brett bir çox qadın tərəfindən seksual zorakılıqda ittiham edilir. Bu qədər qadına əziyyət verən insan hakimiyyətdə təmsil oluna bilməz”.
Eyni zamanda komediya aktrisası Emi Şumer də həbs edilib. Polis əməkdaşı Şumerdən həbs edilmək istəyib-istəmədiyini soruşub və Emi həbs edilmək istədiyini bildirib.
Oxşar xəbərlər